Yığma yüklər
"TSL GROUP" şirkəti müntəzəm reyslərlə yığma yüklərin daşınması üzrə rahat və sərfəli şərtlər təklif edir. Yığma yüklərin daşındığı əsas istiqamətlər Avropa ölkələri, Rusiya və Türkiyədir.
Texniki təchizatın təşkil edilməsi və yüklərin istənilən növ itkilərdən sığorta olunması yığma yüklərin daşınması ilə bağlı çəkdiyiniz xərcləri maksimum dərəcədə tarazlaşdırmağa imkan verir.
"TSL Group" şirkəti yığma yüklərin çatdırılması üzrə tam çeşidli nəqliyyat və ekspeditor xidmətlərini təklif edir. Biz qısa müddət ərzində istənilən yük partiyasını Avropa, Asiya və Amerikanın istənilən nöqtəsindən beynəlxalq daşınmasını təmin edirik. Kiçik partiyaların daşınması üçün ayrıca böyük tonnajlı avtomobil karvanını sifariş etmək sərfəli və məntiqə uyğun deyil. Belə olan halda yığma yüklərin toplanaraq çatdırılması sistemindən istifadə etmək daha rahat və məqsədəuyğun olar.
"TSL Group" şirkəti yüklərin gömrük rəsmiləşdirilməsi ilə əlaqədar məsləhətlər də verir. Şirkətimizin Rusiya, Gürcüstan, Türkiyə, BƏƏ və dünyanın bir çox digər şəhərlərində əlaqələri vardır və bu, yükləri dünyanın istənilən nöqtəsində toplayaraq maksimum sürətlə beynəlxalq daşımanı təşkil etmək və yükü son məntəqəyə çatdırmaq imkanını təmin edir.
Biz yığma yükləri Çin, Avropa və bir çox digər ölkələrdən dəniz, hava, dəmiryolu və avtomobillər vasitəsi ilə daşıyırıq və buna görə də, sizin yükünüz az vaxt sərf etməklə demək olar ki, dünyanın istənilən nöqtəsinə çatdırıla bilər. Bu sxemə uyğun daşınma müştərini yükün beynəlxalq daşınması və gömrükdən keçirilməsi ilə bağlı bütün problemlərdən azad edir.
Bizin menecerlər bütün suallarınıza cavab verəcək və yığma yüklərin daşınmasına dair sorğunuzu qəbul edəcəklər.
Sizi əməkdaşlığa dəvət edirik!