Dənizlə daşımalar
Ağır və ya böyük partiya ilə təchiz olunan yüklərin qitələr arası daşınması zamanı ən rasional üsul dəniz nəqliyyatıdır.
Dənizlə daşıma böyük həcmli yüklərin daşınmasına imkan verir, bundan başqa, yüklərin böyük məsafələrə daşınması üçün də əlverişlidir.
"TSL Group" şirkəti yüklərinizin dəniz və ya çay nəqliyyatı ilə çatdırılmasını, o cümlədən nəqliyyat növünü dəyişmək üçün limanlarda bir nəqliyyatdan digərinə yüklənməsini təşkil edə bilər.
Dəniz və çay daşınmaları sahəsində təklif etdiyimiz xidmətlər:
Ümumi yüklərin daşınması üçün müxtəlif tutumlu gəmilərin icarəyə götürülməsi;
- İstənilən miqdarda yükün qəbulu, lazımı sənədlərin hazırlanması və yükə daim nəzarət etməniz üçün müvafiq imkanların yaradılması;
- Yüklərin çatdırılması və gömrük rəsmiləşdirilməsi
- Əlavə yüklənmə olmadan çatdırılmanı optimallaşdırmaq məqsədilə dəmiryolu və avtomobil bərələrindən istifadə;
- Qabaritsiz (qeyri-standart) yüklərin bərkidilməsi üzrə eskizlərin hazırlanması
Sizi əməkdaşlığa dəvət edirik!