Dəmiryolu daşımaları
"TSL Group" şirkəti dəmiryolu nəqliyyatından istifadə etməklə yüklərin çatdırılmasını təmin edir. Dəmiryolu nəqliyyatının bir sıra şübhəsiz üstünlükləri var və onlardan ən əsası dəmiryolu nəqliyyatının müxtəlif növlü olmasıdır ki, bu da müxtəlif ölçülü yükləri istənilən məsafəyə daşımağa və istənilən yükləmə üsulundan istifadə etməyə imkan verir.
Dəmiryolu daşımaları üzrə təklif etdiyimiz xidmətlər:
- Bir konteyner və ya vaqondan marşrut yolasalmalarına qədər istənilən miqdarda yükün qəbul edilməsi;
- Kompleks, xırda yüklərin, o cümlədən xüsusi daşınma şəraitinin olmasını tələb edən yüklərin daşınması;
- Böyük ölçülü və ağır yüklərin möhkəm bağlanması və daşınması sxemlərinin hazırlanması;
- Müxtəlif yük növləri üçün ayrı-ayrı marşrutların və daşıma üsullarının işlənib hazırlanması;
- Qərbi Avropa və Cənub-Şərqi Asiya, Rusiya, Azərbaycan və Gürcüstanda yük daşımalarının təşkili.
Sizi əməkdaşlığa dəvət edirik!