Avtomobil vasitəsi ilə daşımalar
Şirkətimizin fəaliyyətinin əsas istiqamətlərindən biri müxtəlif loqistika sxemlərindən istifadə etməklə avtomobil vasitəsi ilə daşımaları təşkil etməkdir. Siz ancaq sizin üçün rahat üsulu seçirsiniz, qalan işləri isə biz öz öhdəmizə götürürük.
Diqqətinizə çatdırırıq ki, avtomobil vasitəsi ilə daşımalar yük daşıma növləri arasında ən çox tələb olunan üsullardan biridir, çünki bu daşınma növü qənaətcildir, müxtəlif yük kateqoriyalarını daşımağa imkan verir. Bundan başqa bu üsul qiymət və vaxt baxımından ən rahat və optimal yükdaşıma üsuludur.
Şirkətimizin avtomobillə daşıma sahəsində böyük təcrübəsi vardır, buna görə də bu xidməti biz ən yüksək keyfiyyət, səmərə və operativ surətdə yerinə yetiririk.
Avtomobil vasitəsi ilə daşımalar üzrə aşağıdakı xidmətləri nəzərinizə çatdırırıq:
-
- Həm respublika daxili, həm də beynəlxalq daşımaların təşkili;
- Xüsusi daşıma şəraitinin olmasını tələb edən kompleks, qeyri-standart ölçülü, yığma (xırda) yüklərin daşınması;
- Yükün müştərinin tələblərinə uyğun daşınması;
- Kiçik yüklərin ayrı-ayrı kiçik həcmli avtomobillərdə və ya yığma yüklərin daxilində daşınması;
- Qabaritsiz (qeyri-standart) ölçülü və həddindən artıq ağır yüklərin daşınması;
- Təhlükəli yüklər;
- Temperatur rejiminin qorunmasını tələb edən yüklər
Sizi əməkdaşlığa dəvət edirik!